Back to home

QAYDALAR VƏ ŞƏRTLƏR

I. Qayda və Şərtlərin əhatə dairəsi

1. Bu Qaydalar və Şərtlər (bundan sonra "Qaydalar") https://perkskit.com veb səhifəsində yerləşən PERKSKIT platformasından (bundan sonra "PERKSKIT" və ya "biz") və hər hansı əlaqəli tətbiqlərdən istifadəyə şamil edilir. Bu Qaydalar müştəri (bundan sonra “Siz” və ya “Sizin” və ya “Müştəri”) ilə PERKSKIT MMC arasında müqaviləni təşkil edir və Sizin PERKSKIT tərəfindən təqdim olunan veb-sayt və xidmətlərə (bundan sonra “Xidmətlər") girişinizi və istifadənizi tənzimləyir. Siz PERKSKIT-dən hər hansı bir Xidmətə müraciət etməzdən əvvəl bu Qaydaların hamısını oxuduğunuz və qeyd-şərtsiz razılaşdığınız kimi qəbul ediləcək.

2. Veb-saytdan və ya Xidmətlərdən istifadə etməzdən əvvəl bu Qaydaları diqqətlə oxuyun. Bu Saytdan istifadə etməklə,

2.1. Qaydaları oxuduğunuz, başa düşdüyünüz və qəbul etdiyinizlə, eləcə də onlara əməl edəcəyinizlə razılaşırsınız;

2.2. Məxfilik Siyasətimizdə təsvir olunduğu kimi məlumatın toplanması, istifadəsi, açıqlanması və başqa bir şəkildə işlənməsinə razılıq verirsiniz;

3. Əgər Qaydalarla razı deyilsinizsə, o halda Siz Veb-sayta daxil ola və ya Xidmətlərdən istifadə edə bilməzsiniz. Anlaşılır ki, bu Qaydalar aşağıda göstərildiyi kimi "Hesab Sahibi" və ya "İşçi" kateqoriyasında olmasından asılı olmayaraq Müştəriyə və onun əməkdaşlarına şamil edilir.

4. PERKSKIT, öz mülahizəsinə əsasən, istənilən vaxt istənilən səbəbdən 14 gün ərzində sizə yazılı bildiriş təqdim etməklə, sizə Xidmətlərdən istifadə etməyə icazə verməkdən imtina edə bilər və ya bir istifadəçinin yarada və saxlaya biləcəyi hesabların sayını məhdudlaşdıra bilər və ya Hesabı ləğv edə bilər və ya Qaydalar yalnız PERKSKIT-in fikrincə əhəmiyyətli dərəcədə pozulduğu təqdirdə Hesabı dərhal ləğv edə bilər.

5. Yaşadığınız ərazidən asılı olaraq siz bütün Xidmətlərdən istifadə edə bilməyə bilərsiniz. Yaşadığınız ərazinin və/və ya Veb-sayt və Xidmətlərə daxil olduğunuz ərazinin qaydalara və qanunlarına riayət etmək sizin məsuliyyətinizdir. Veb-sayt və ya Xidmətlər 18 yaşına çatmamış şəxslərın istifadəsi üçün nəzərdə tutulmayıb.

II. Anlayışlar və Təriflər

6. Bu Qaydalarda və buraya istinadla daxil edilmiş bütün sənədlərdə, başqa cür göstərilmədiyi təqdirdə aşağıdakı sözlər aşağıdakı mənaları ifadə edir:

6.1. “Hesab” - Qaydaları və Məxfilik siyasətimizi qəbul etdiyiniz, lazımi məlumatları təqdim etdiyiniz və Xidmətlərdən istifadə üçün təsdiq almağınız şərti ilə müqavilə razılaşması deməkdir;

6.2. “Əlaqəli şəxslər” - PERKSKIT və onun müvafiq səhmdarları, törəmə şirkətləri, işçiləri, podratçıları, agentləri, direktorları, tərəfdaşları, filialları, sığortaçıları və vəkilləri deməkdir;

PL/TMM” - bizim tətbiq etdiyimiz çirkli pulların yuyulmasına qarşı qaydalar və Xidmətlərə tətbiq olunan bütün qanunlar deməkdir;

6.4. “PERKSKIT” - işləyən şəxslər üçün güzəştlərin təmin edilməsi və idarə olunması məqsədi ilə yaradılmış “Perkskit” MMC (VÖEN 1703319791) tərəfindən idarə olunan və Müştərilərə Xidmət-kimi-Proqram-təminatı (Software-as-a-Service) təqdim edilən veb əsaslı elektron platformadır;

6.5. “PERKSKIT markası” - bu Qaydaların XXII müddəasında göstərilən məna daşıyır;

6.6. “PERKSKIT mağazası” - işçilərin PERKSKIT platformasında təqdim olunan güzəştləri əldə etmələri üçün istifadə edə biləcəyi PERKSKIT tərəfindən təklif olunan Xidmət deməkdir;

6.7. “Güzəştin qiyməti” - PERKSKIT mağazasında qeyd edilmiş qiymət deməkdir;

6.8. “Balans” - Hesab sahibi tərəfindən Müştərinin büdcəsindən İşçiyə ayrılmış və İşçi tərəfindən PERKSKIT mağazasında xərclənə biləcək pul məbləğidir.

6.9. “Müştəri”, “Siz”, “Sizin” - PERKSKIT Xidmətlərindən istifadə edən şirkət deməkdir. İşçilərinizin PERKSKIT platformasına daxil olduğu roldan asılı olaraq, onlar aşağıdakı istifadəçi kateqoriyalarına aid ola bilərlər:

6.9.1. “Hesab sahibi” - Müştəri Hesabının administrator səlahiyyətinə malik olan və Müştərinin Hesabını aça və ya bağlaya, Müştərinin İşçilərini və büdcələrini idarə edə və PERKSKIT-də hər hansı digər funksiyalardan istifadə edə bilən bir istifadəçi növüdür;

6.9.2. “İşçi” - Hesab sahibi tərəfindən PERKSKIT platformasında Müştərinin Hesabına əlavə edilən və Veb-saytda təqdim olunan Xidmətlərdən (Hesab sahibi tərəfindən müəyyən edilən hüdudlarda) istifadə etməsinə icazə verilən fiziki şəxsdir.

6.1.0. “Zərərlər” bu Qaydaların X müddəasında göstərilən məna daşıyır;

6.11. “Alış” - İşçi tərəfindən PERKSKIT mağazasında güzəştin alınmasıdır;

6.12. “Satıcı” - PERKSKIT mağazasında güzəştlər təklif edən hüquqi və ya fiziki şəxs;

6.13. “Qadağan edilmiş ərazilər” - Azərbaycan Respublikasının sanksiyalarına məruz qalan istənilən ölkə və ya Xidmətlərin qanuni olaraq təklif oluna bilməyəcəyi hər hansı ölkə və ya ərazi deməkdir;

6.14. “İstifadə qadağası” bu Qaydaların XI müddəasında göstərilən məna daşıyır;

6.15. “Xidmət/lər” - PERKSKIT platofrmasında təklif olunan istənilən xidmət, finksionallıq və imkanlar deməkdir;

6.16. “Veb-sayt” - https://perkskit.com ünvanında yerləşən internet səhifəsidir;

6.17. “Qaydalar” bu şərtlər və qaydalar deməkdir, çünki onlar vaxtaşırı dəyişdirilə, düzəldilə və ya yenilənə bilər;

6.18. “Borc hesabatı aktı” - depozitə qoyulan vəsaitlə xərclənən vəsait arasında fərqin bərabər olmadığı və müştərinin PERKSKIT xidmətlərindən imtinası zamanı həmin vəsaitin geri qaytarılmasını tələb etdiyi faktura kimi akt deməkdir;

6.19. “Hesab-proforma” - müştərilərin PERKSKIT platformasında büdcələrini artırmaq üçün dəqiq məbləğ tələb edildikdən sonra yaradılan fakturadır. İşçilər PERKSKIT Xidmətlərindən istifadə etməzdən öncə vəsait PERKSKIT bank hesabına köçürülməlidir. Hesab-proforma yekun və məcburi hesab-faktura deyil və pulun geri qaytarılması sorğusu ilə ləğv edilə bilər. Hesab-proforma gələcəkdə xidmət və malların alınması üçün müştəri ilə PERKSKIT arasında vicdanlılığın təminatı kimi xidmət edəcək. Bu faktura qəbz əldə etmək və ya ƏDV kimi satış vergisinin geri qaytarılması üçün istifadə edilə bilməz;

6.20. “Müştəri vəsaitləri kassası” - Müştərilərin əmanət edilmiş vəsaitlərinin saxlanılacağı və aşağıdakı məqsədlər üçün yalnız PERKSKIT tərəfindən girişi olan bank hesabıdır;

6.20.1. PERKSKIT mağazasında təqdim olunan mal və xidmətlərin alışını tamamlamaq üçün;

6.20.2. Xidmətdən istifadəyə dair Hesab-fakturanı təmin etmək məqsədi ilə dəqiq məbləğin tutulması. Əmanət edilmiş vəsaitlər heç bir halda razılaşdırılmamış məqsədlər üçün istifadə olunmayacaq.

7. Bu Qaydalardakı başlıqlar və alt başlıqlar yalnız istinad asanlığı üçündür və onların istinad etdiyi hər hansı müddəa və ya müddəaların qurulması və ya şərhi zamanı nəzərə alınmamalıdır;

8. Bu Qaydalarda başqa hal nəzərdə tutulmayıbsa, tək məna daşıyan sözlərə cəm və əksinə, cinsini göstərən sözlərə isə bütün cinslər daxildir.

III. Qaydaların qəbulu və onlara dəyişikliklərin edilməsi

9. Veb-saytda olan bütün qaydalar, şərtlər, lisenziyalar, məhdudiyyətlər və öhdəliklər, həmçinin sadalanları məhdudlaşdırmadan aşağıdakı Veb-sayt siyasətləri və səhifələri daxil olmaqla, bu Qaydalara istinadla daxil edilmişdir: Məxfilik Siyasəti, Qiymət cədvəli və Veb-saytda dərc edilə biləcək hər hansı digər sənədlər. Bu Qaydalar ilə Veb-saytdakı hər hansı digər səhifələr və ya siyasətlər arasında hər hansı uyğunsuzluq olduqda, Qaydalar üstünlük təşkil edəcəkdir.

10. Veb-sayta daxil olmaqla və ya Xidmətlərdən və ya hər hansı əlaqəli veb-saytlardan, API-lərdən istifadə etməklə siz qüvvədə olan bu Qaydaları vaxtaşırı oxuduğunuzu, başa düşdüyünüzü və tamamilə razılaşdığınızı qəbul edirsiniz. Bu Qaydalarla və ya hər hansı sonrakı düzəlişlər, dəyişikliklər və ya yeniləmələrlə razı deyilsinizsə, siz Xidmətlərdən heç birini istifadə edə bilməzsiniz; fikir ayrılığı halında yeganə həll yolu 14 gün əvvəl yazılı bildiriş təqdim etməklə bütün Xidmətlərdən istifadəni dayandırmaq və hər hansı borcları ödəməkdir.

11. Bu Qaydalar istənilən vaxt və sizə əvvəlcədən xəbərdarlıq edilmədən PERKSKIT tərəfindən düzəliş, dəyişdirilə və ya yenilənə bilər. Bu Qaydaların sizdə olan surətinin və anlayışınızın cari və düzgün olduğunu təsdiqləmək üçün Qaydaları tez-tez yoxlamalısınız. Hər hansı düzəlişlərin, dəyişikliklərin və ya yeniləmələrin qüvvəyə mindiyi tarixdən sonra hər hansı Xidmətlərdən istifadəni dayandırmamağınız və ya istifadəni davam etdirməyiniz bu cür düzəlişlər, dəyişikliklər və ya yeniləmələrlə dəyişdirilmiş bu Qaydaları qəbul etdiyinizi bildirir.

IV. Hesabın yaradılması və istifadəsi qaydası

12. Xidmətlərdən istifadə etmək üçün siz Hesab açmalısınız.

13. Siz üçüncü tərəfin Hesabını səlahiyyət olmadan istifadə edə bilməzsiniz.

14. Hesabınızı yaradarkən bizə dəqiq və tam məlumat verməlisiniz. Bu o deməkdir ki, sizə aid olmayan ad və ya əlaqə məlumatından istifadə edərək Hesab yarada bilməzsiniz, Veb-saytın ayrılmaz hissəsi olan bütün qeydiyyat formalarına dəqiq və cari məlumat daxil etməlisiniz.

15. Siz yalnız bir Hesab yarada bilərsiniz.

16. Siz Hesabınız və orada baş verənlər üçün tam məsuliyyət daşıyırsınız. Hesabınızdan edilən hər hansı qərar və/yaxud hərəkətlər etibarlı sayılacaq və müvafiq səlahiyyətlə həyata keçiriləcək. Bu o deməkdir ki, siz şifrənizlə və ya Veb-saytda, Güzəştlər mağazasında və ya hər hansı digər bir Xidmətlə bağlı etdiyiniz seçimlərdə diqqətli olmalısınız.

17. Kiminsə Hesabınızdan səlahiyyəti olmadan istifadə etdiyini aşkar etsəniz, dərhal PERKSKIT-ə məlumat verməlisiniz. Hesabınızı başqasına ötürə bilməzsiniz.

18. Sizin səlahiyyətiniz olmadan kiminsə Hesabınızdan istifadə edərək vurduğu hər hansı bir zərər və ya itkiyə görə biz məsuliyyət daşımırıq. Bununla belə, əgər biz (və ya başqası) kiminsə səlahiyyəti olmadan Hesabınızın istifadəsi nəticəsində hər hansı bir zərər çəkmişiksə, siz məsuliyyət daşıya bilərsiniz.

V. Xidmətlərin göstərilməsi qaydası

19. PERKSKIT İşçilərə Hesab sahibi tərəfindən onlara ayrılan balansdan asılı olaraq PERKSKIT mağazasından istədikləri güzəştləri seçmək imkanı verir.

20. Hər Satıcı Müştəriyə xidmətlərinin göstərilməsi ilə bağlı qaydalarını və şərtlərini özü müəyyən edir.

21. Xidmətlərdən istifadə etməyə başlamaq üçün Müştəridən PERKSKIT tərəfindən 0,01 AZN məbləğində ilkin ödəniş tələb oluna bilər, bu ödəniş Müştərinin bank hesabını eyniləşdirmək üçün istifadə olunacaq və Müştəriyə geri köçürüləcək.

22. Müştəri Hesab sahibinin nəzarəti altında olan İşçilərə vermək istədiyi büdcəyə uyğun PERKSKIT platformasına kifayət qədər vəsait köçürməlidir. Hesab sahibi yalnız PERKSKIT tərəfindən lazımi vəsaiti aldıqdan sonra büdcəni İşçilər arasında bölüşdürə bilər.

22.1. Hesab sahibi PERKSKIT platformasında online kart ödənişi xidməti vasitəsi Müştərinin vəsait kassasına məbləğlər əlavə edə bilər (top-up). Tələb olunduğu halda bu köçürmə üçün Hesab-proforma yaradıla bilər.

22.2. Konsolidə edilmiş faktura hər ayın sonunda faktiki xərclənmiş vəsait və əldə edilmiş xidmətlər və ya mallar üçün göndərilir.

22.3. Köçürülmüş vəsaitlər müştərinin istifadə edəcəyi PERKSKIT bank hesabında (11 aya qədər) saxlanılır. Bu vəsaitlər hər zaman müştərilərin ixtiyarındadır və PERKSKIT onlardan hər hansı digər razılaşdırılmamış məqsədələr üçün istifadə edə bilməz.

22.3.1. Müştərinin PERKSKIT bank hesabında olduğu vəsaitin qalığına faiz hesablanmır;

22.3.2. 11 aydan sonra Müştəri vəsaitin qalığı Borc hesabatı aktı əsasında geri ödənilir.

22.4. Hesab-proforma olmadan əmanət edilmiş vəsaitlər üçün komissiya tutula bilər.

23. İşçi PERKSKIT platforması vasitəsilə Müştərinin Hesabına qəbzləri yükləyə bilər və bu, Hesab sahibi tərəfindən təsdiq edilməlidir. Təsdiq edilmiş qəbzlər Müştərinin büdcəsini müvafiq olaraq azaldır. Məbləğ daha sonra PERKSKIT tərəfindən İşçiyə geri köçürülür. Geri qaytarılan məbləğə görə Müştəriyə ay ərzində hesab-faktura göndərilir.

24. İşçi Güzəştlər mağazasında güzəşt alıbsa, lakin PERKSKIT ilə əlaqəli səbəblərə görə bu güzəşt təmin edilməyibsə, Müştərinin bu güzəşt üçün xərclənmiş məbləğə uyğun pul vəsaitini geri almaq hüququ vardır.

VI. Xidmətlərin ödənişi qaydası

25. PERKSKIT Xidmətləri aşağıdakı linkdə təqdim olunan abunə paketində göstərildiyi kimi ödənilir: https://perkskit.com/pricing/ .

26. Müştərinin Hesabında qeyd olunan hər bir İşçi üçün Müştəridən sabit qiymət tutulur. Bu ödəniş “İşçibaşı üçün qiymət” adlanır və aylıq və ya illik əsasda hesablanır. Qiymət Müştərinin seçdiyi abunə növündən asılıdır. Abunə paketlərinə daxil olan qiymətlər və xidmətlər bu Qaydaların 25-ci bəndində ətraflı təsvir edilmişdir.

27. “İşçibaşı üçün qiymət” hesab-fakturanın məbləği həmin ayda Müştərinin Hesabında olan işçilərin sayına görə təyin edilir. Əgər ay ərzində işçilərin sayında dəyişikliklər olarsa, ən yüksək say hesablanır.

28. Əgər digər şərt razılaşdırılmayıbsa Müştəri PERKSKIT tərəfindən göndərilən hesab-fakturanı 30 təqvim günü ərzində ödəməlidir.

29. Müştəri vəsaitləri kassası tükənərsə, PERKSKIT xidmətləri əlavə vəsait köçürülənə qədər məhdudlaşdırılır.

30. Hər bir Müştərinin vəsait kassasına yalnız onun Hesab sahibi və PERKSKIT daxil ola bilər. Kassaya köçürülmüş vəsaitlər heç bir halda PERKSKIT-in daxili ehtiyacları, investisiya və ya digər razılaşdırılmamış məqsədlərə istifadə oluna bilməz. Əmanət edilmiş vəsaitlər üçün heç bir əlavə vergi və ya rüsum tətbiq edilmir.

VII. Xidmətlərdən imtina edilməsi qaydası

31. Müştəri PERKSKIT nümayəndəsini 14 gün öncə xəbərdar etməklə PERKSKIT platformasında abunəliyini ləğv etmək hüququna malikdir. Abunəlik ləğv edildikdən sonra, Müştəridən abunə haqqı tələb olunmur, və beləliklə, İşçilər heç bir Xidmətdən istifadə edə bilmirlər.

32. Abunəlik ləğv edildikdən sonra növbəti ayın ilk günündə Müştəriyə son hesab-faktura göndərilir.

33. Hesab sahibinin sorğusuna uyğun olaraq qalıq (xərclənməmiş) vəsait Borc hesabatı əsasında Müştəriyə geri ödənilir.

VIII. Veb-saytdan istifadə etmək üçün Məhdud hüquq

34. Bu Qaydalara əməl etdiyiniz halda, PERKSKIT sizə Veb-saytdan və Xidmətlərdən istifadə etmək üçün məhdud hüquq verir. Veb-saytdan və Xidmətlərdən istifadə hüququ şəxsi, məhdud, qeyri-eksklüziv, ötürülə bilməyən, geri alına bilən, məhdud icazədir və o, bu Qaydalardakı məhdudiyyətlərə və öhdəliklərə tabedir. Bu Qaydalar sizə hər hansı bir icazə (bu müddaədə qeyd olunanlardan başqa), Veb-sayt və ya hər hansı Xidmətlə bağlı müstəsna hüquq, vəzifə və ya mülkiyyət hüququ vermir. Siz razılaşırsınız ki, Veb-saytdakı hər hansı məzmunu və ya proqram təminatını kopyalamayacaqsınız, ötürməyəcəksiniz, yaymayacaqsınız, satmayacaqsınız, lisenziyalaşdırmayacaqsınız, necə işlədiyini öyrənmək üçün kodunu araşdırmayacaqsınız, dəyişdirməyəcəksiniz, dərc etməyəcəksiniz və ya digərlərinə ötürülməsində və ya satışında iştirak etməyəcəksiniz, ondan törəmə məhsullar yaratmayacaqsınız və ya hər hansı başqa şəkildə Veb-saytdakı hər hansı məzmun və ya proqram təminatını tam və ya qismən istismar etməyəcəksiniz.

IX. Veb-saytdakı məlumatların və Xidmətlərin dəqiqliyi

35. PERKSKIT Veb-saytda və Xidmətlər təqdim edərkən dəqiq və cari məlumat vermək niyyətində olsa da, Veb-sayt (o cümlədən, məhdudiyyətsiz olaraq Xidmətlər) həmişə tamamilə dəqiq, dolğun və ya cari olmaya bilər və həmçinin texniki səhvlər və ya çap səhvləri ehtiva edə bilər. Sizi mümkün qədər tam və dəqiq məlumatla təmin etməyə davam etmək məqsədilə məlumatlar, o cümlədən PERKSKIT siyasətləri, məhsulları və Xidmətləri ilə bağlı olan məlumatlar vaxtaşırı xəbərdarlıq edilmədən dəyişdirilə və ya yenilənə bilər. Müvafiq olaraq, siz bütün məlumatları onlara etibar etməzdən əvvəl yoxlamalısınız və Veb-saytda olan məlumatlara əsaslanan bütün qərarlar sizin məsuliyyətinizdir, və PERKSKIT belə qərarlara görə heç bir məsuliyyət daşımır.

36. Üçüncü tərəf materiallarına keçidlər (o cümlədən, veb-saytlara) rahatlıq üçün təqdim edilə bilər, lakin PERKSKIT tərəfindən idarə olunmur. Siz qəbul edirsiniz və razılaşırsınız ki, PERKSKIT hər hansı üçüncü tərəf materiallarında və ya Veb-sayta daxil olan və ya onunla əlaqəli hər hansı üçüncü tərəf Veb-saytlarında olan məlumat, məzmun və ya xidmətlərin heç bir aspektinə görə məsuliyyət daşımır.

37. PERKSKIT istənilən vaxt xəbərdarlıq etmədən Veb-saytın hər hansı və bütün xüsusiyyətlərini dəyişdirmək hüququnu özündə saxlayır.

38. Veb-sayt vaxtaşırı texniki xidmət və ya digər səbəblərə görə müvəqqəti olaraq işləməyə bilər. PERKSKIT hər hansı bir səhv, nöqsan, kəsilmə, silinmə, qüsur, əməliyyat və ya ötürmədə gecikmə, kommunikasiya xəttinin nasazlığı, oğurluq və ya məhv edilməsi, Hesablara icazəsiz giriş və ya dəyişdirilməsi üçün heç bir məsuliyyət daşımır. PERKSKIT Veb-saytla bağlı hər hansı problemi həll etmək üçün kifayət qədər səy göstərəcək.

39. PERKSKIT hər hansı telefon şəbəkəsi və xidmətinin, kompüter sistemlərinin, server provayderlərinin, kompüter və ya mobil telefon avadanlığının, Veb-saytın texniki nasazlığına və ya digər problemlərinə, həmçinin İnternetdə e-poçt mesajları və ya məlumatların gecikməsinə görə, bu nasazlıqların hər hansı bir kombinasiyasına, o cümlədən Veb-saytla əlaqəli materialların istifadəsi, yüklənməsi və ya endirilməsi ilə əlaqədar və ya nəticədə kiminsə kompüterinə, mobil telefonuna və ya digər avadanlıqlarına və ya veb-saytına xəsarət və ya zədələnməyə görə müsuliyyət daşımır. Heç bir halda PERKSKIT hər hansı bir itki və ya zərərə görə, o cümlədən Veb-saytdan hər hansı birinin istifadəsi nəticəsində və ya Müştərilər və ya onların Veb-saytda olan İşçiləri arasında onlayn və ya offlayn əlaqələri nəticəsində yaranan hər hansı itki və ya zədə və ya fiziki zədə və ya ölümə görə məsuliyyət daşımayacaq. Sayt və Xidmətlər olduğu kimi və mövcud olduğu kimi təmin edilir. Siz razılaşırsınız ki, bu Qaydalarda açıq şəkildə göstərilən hallar istisna olmaqla, Veb-saytdan və/və ya Xidmətlərdən istifadənizin riski yalnız sizin üzərinizdə olacaq. Veb-sayt və Xidmətlərlə əlaqədar açıq və ya nəzərdə tutulmuş bütün zəmanətlər, şərtlər, şərtlər və öhdəliklər (o cümlədən qanun, adət və ya istifadə, əməliyyat kursu və ya ümumi qanunla) və məqbul keyfiyyətə dair nəzərdə tutulan zəmanətlər də daxil olmaqla, məhdudiyyətsiz olaraq istifadəniz, müəyyən bir məqsəd üçün uyğunluq və pozulmaması qüvvədə olan qanunla icazə verilən maksimum dərəcədə istisna edilir. PERKSKIT Veb-saytın və ya Xidmətlərin istifadəsindən konkret nəticələrin əldə edilməsini vəd etmir və ya zəmanət vermir. Veb-sayt və ya Xidmətlərdə olan virusların vurduğu hər hansı ziyana görə bütün məsuliyyət və öhdəliklərdən imtina edilir.

X. Məsuliyyətin Məhdudlaşdırılması

41. Siz qəbul edib və razılaşırsınız ki:

41.1. Veb-saytdakı hərəkətlərinizə və hərəkətsizliyinizə, həmçinin Veb-saytdan və hər hansı bir Xidmətdən istifadəniz nəticəsində yaranan bütün mənfəət və itkilərə görə tam məsuliyyət və öhdəliklər sizə aiddir;

41.2. İstifadəçi adları, parollar daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, Veb-sayta və Xidmətlərdən hər hansı birinə girişin və onun vasitəsilə təqdim olunan hər hansı məlumatın qorunması üçün tam məsuliyyəti siz daşıyırsınız. PERKSKIT-in sizə göndərə biləcəyi hər hansı bildiriş və ya xəbərdarlıqları almaq üçün Hesab profilinizdə qeyd etdiyiniz e-poçt ünvanınızı işlək vəziyyətdə saxlamağınıza cavabdehsiniz. PERKSKIT, hesablarınızdan hər hansı birinə icazəsiz giriş və/yaxud PERKSKIT-in sizə göndərə biləcəyi hər hansı bildiriş və ya xəbərdarlıqlara əməl etməməyiniz və ya onlara əməl etməməyiniz səbəbindən baş verə biləcəyiniz hər hansı itkiyə görə məsuliyyət daşımır.

42. PERKSKIT Satıcılara və ya Veb-saytdakı hər hansı digər tərəfə görə məsuliyyət daşımır.

43. Siz qəbul edib razılaşırsınız ki, Veb-sayt və Xidmətlərdən öz riskinizlə istifadə edirsiniz və bununlada istifadənizə və sizə, cihazlarınıza və ya kompüter sistemlərinizə dəyən hər hansı ziyana və ya nəticələnə biləcək hər hansı digər zərərə görə yalnız siz məsuliyyət daşıyırsınız. PERKSKIT, eləcə də Əlaqəli şəxslər, müqavilənin və ya zəmanətin pozulması, hüquq pozuntusu (o cümlədən səhlənkarlıq), məhsula dair öhdəliklər və ya digər səbəblərdən asılı olmayaraq, birbaşa, dolayı, xüsusi, cəzalandırıcı, nümunəvi, təsadüfi dəyən zərərlərə görə (gəlir, biznes, mənfəət, məhkəmə çəkişmələri, oxşar zərərlər daxil olmaqla), hətta belə zərərin (sonra “Zərərlər”) mümkünlüyü barəsində məlumat verilsə belə, məsuliyyət daşımırlar. Yuxarıda göstərilən zərərdən imtina və onların məhdudlaşdırılması sizinlə PERKSKIT arasındakı razılaşmanın fundamental hissəsidir. Veb-saytımız vasitəsilə bizdən əldə etdiyiniz şifahi və ya yazılı heç bir məsləhət və ya məlumat Qaydalarda açıq şəkildə göstərilməyən hər hansı zəmanət və ya təminat üçün səbəb deyil.

44. Bununla siz Əlaqəli şəxsləri hər hansı İtkilərə görə məsuliyyətdən azad etməyə, onlara dəymiş hər hansı zərəri təmin etməyə, həmçinin hər hansı itkilərdən və zərərlərdən qorumağa razılaşırsınız. Yuxarıda göstərilən məsuliyyətin məhdudlaşdırılması iddia edilən öhdəliyin və ya itkilərin müqavilə pozuntusu, səhlənkarlıq, hüquq pozuntusu, əsassız varlanma, ciddi məsuliyyət səbəbindən asılı olmayaraq, hətta Əlaqəli şəxslərə bu cür itkilərin və zərərlərin mümkünlüyü barədə məlumat verilmiş və ya onların bilməli olsa belə və hər hansı digər qoruyucu tətbirlərin uğuru və ya effektivliyindən asılı olmayaraq, tətbiq edilir.

XI. İstifadəyə qadağa halları

45. Siz PERKSKIT-in hüquq və öhdəliklərinə və ya hər hansı digər Müştərinin və ya hər hansı üçüncü tərəfin hüquq və öhdəliklərinə müdaxilə etmək və ya onları pozmaq üçün Veb-saytdan və ya hər hansı Xidmətlərdən istifadə edə bilməzsiniz.

46. Veb-saytdakı hər hansı texniki nasazlıq, uğursuz əməliyyat, gecikmə və ya təhlükəsizlik pozuntusundan öz və ya digər şəxsin xeyrinə istifadə edə bilməzsiniz.

47. PERKSKIT və ya hər hansı digər Veb-sayt müştərisi və ya hər hansı digər üçüncü tərəf üçün zərərverici davranışlarda iştirak etmək üçün Veb-saytdan və ya hər hansı Xidmətlərdən istifadə edə bilməzsiniz.

48. PERKSKIT tərəfindən tələb olunan hər hansı bir məlumatı saxtalaşdıra və ya boş buraxa və ya yanlış məlumat verə bilməzsiniz.

49. Veb-saytda işləyən hər hansı proqram təminatının necə işlədiyini öyrənmək üçün kodunu araşdıra, dekompozisiya edə bilməzsiniz.

50. Veb-sayta və ya hər hansı Xidmətlərə çıxışınız vasitəsilə PERKSKIT-ə və ya hər hansı üçüncü tərəfə zərər vurmaq üçün cəhd etməməlisiniz. Bu yarımbənddəki heç bir şey qüvvədə olan qanunvericiliyə əsasən sizin söz azadlğı hüquqlarınızı məhdudlaşdıran kimi təfsir edilməyəcək

51. Qadağan olunmuş yurisdiksiyanın rezidenti və ya vətəndaşı olduğunuz halda, IP ünvanınızı və ya yerinizi gizlətmək yolu ilə hər hansı virtual şəxsi şəbəkə, proksi xidmət və ya hər hansı digər üçüncü tərəfin xidmətini, şəbəkəsini istifadə edə bilməzsninz və ya məhsulundan istifadə edərək Veb-sayta və ya hər hansı Xidmətlərə daxil ola bilməzsninz.

52. İstənməyən və ya icazəsiz reklam və ya tanıtım materialı, hər hansı lazımsız poçt, spam və ya silsilə məktubları yaya bilməzsiniz.

53. Siz PERKSKIT infrastrukturuna əsassız və ya qeyri-mütənasib şəkildə yüklənmə və ya hər hansı sistem, məlumat və ya məlumatlara zərərli şəkildə müdaxilə edən, ələ keçirən və ya özgəninkiləşdirən hər hansı tədbir görə bilməzsiniz.

54. Siz viruslar, troyanlar və ya hər hansı digər zərərverici proqramları ehtiva edən hər hansı materialı Veb-sayta ötürə və ya yükləyə bilməzsiniz, həmçinin Veb-sayta və ya Veb-sayta qoşulmuş şəbəkələrə icazəsiz giriş əldə etməyə cəhd edə bilməzsiniz.

55. Siz bu Qaydalara əsasən sizə verilən heç bir hüququ digər şəxsə və ya şəxslərə ötürə bilməzsiniz

56. Siz bu Qaydaları poza bilməzsiniz.

57. Bu müddəada təsvir edilən hər hansı istifadə "İstifadəyə qadağa hallarına" aid edilir. Əgər PERKSKIT hər hansı İstifadəyə qadağa halları ilə məşğul olduğunuzu müəyyən edərsə, PERKSKIT öz ixtiyarında uyğun müvafiq sanksiyalar tətbiq edə bilər. Belə sanksiyalar hüquq-mühafizə orqanlarına və ya digər orqanlara məlumatı verməyi və digər tədbirləri əhatə edə bilər; hər hansı Xidmətlərə girişinizi dayandıra bilər.

XII. Əqli Mülkiyyət

58. Siz qəbul edir və razılaşırsınız ki, Veb-saytda, o cümlədən hər hansı proqram təminatı, səhifə başlıqları, şəkillər, mətn, qrafika, format, loqolar, dizaynlar, nişanlar və simvollar, fotoşəkillər, proqramlar, mənbə kodları, skriptlər və ya yüklənə bilən elementlər və Veb-saytda tapılan video kliplər və bütün əlaqəli müəllif hüquqları, ticarət nişanları, ticarət adları, Veb-saytın görünüşü və unikal keyfiyyətlər, lakin bununla məhdudlaşmayaraq, üzərində bütün müəlliflik hüquqları və digər əqli mülkiyyət hüquqları (bundan sonra "Əqli mülkiyyət") bizə, bizim lisenziarlarımıza və ya əlaqəli şəxslərə məxsusdur (başqa hal göstərilməyibsə). PERKSKIT və ya üçüncü tərəf lisenziya verənlər tərəfindən açıq şəkildə icazə verildiyi kimi, yalnız şəxsi və qeyri-kommersiya məqsədləri üçün Veb-saytda göstərilən Əqli Mülkiyyət və hər hansı digər materiala daxil olmaq, baxmaq, yükləmək və çap etmək mümkündür; lakin heç bir halda siz Əqli Mülkiyyətə hər hansı dəyişiklik etməməli və kommersiya məqsədləri üçün Əqli Mülkiyyəti üçüncü tərəflərə təqdim etməməlisiniz. Əqli Mülkiyyətlə bağlı sizə heç bir müəllif hüququ və ya digər mülkiyyət hüquqları verilməyəcək. Veb-saytdan istifadə etmək və ya Əqli Mülkiyyətə daxil olmaq, ona baxmaq, yükləmək və ya çap etmək nəticəsində materiallara və ya proqram təminatına dair heç bir lisenziya, hüquq, başlıq və ya digər hüquqlar sizə verilmir.

XIII. Tənzimləyici Qanunvericilik və Mübahisələrin Həlli

59. Hazırki Qaydalar və onlardan irəli gələn və ya onunla bağlı yaranan hər hansı öhdəliklər Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq tənzimlənir.

60. Tərəflər hazırki Qaydalar ilə əlaqədar onların arasında meydana çıxan hər hansı mübahisəni və ya fikir ayrılığını qarşılıqlı məsləhətləşmə yolu ilə həll etməyə çalışacaqları barədə razılığa gəlirlər.

61. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məhkəmə yolu ilə həll edilir.

XIV. Digər şərtlər

62. PERKSKIT-ə ödənilməmiş borcunuz olarsa, və PERKSKIT platformasından bütün vəsaitlərinizi geri almaq istəsəniz, PERKSKIT borcunuzu vəsaitləriniz hesabına ödəmək hüququnu özündə saxlayır.

63. Satıcı seçimi, büdcənin formalaşdırılması və xərclənməsi barədə PERKSKIT məsləhətlər vermir.

64. Xidmətlərin istifadəsinə və büdcənin xərclənməsinə tətbiq edilən vergilərin müəyyən edilməsi və ödənilməsi üçün yalnız siz məsuliyyət daşıyırsınız. PERKSKIT və Əlaqəli şəxslər Xidmətlərdən istifadə nəticəsində yaranan hər hansı vergi öhdəciliklərinə görə məsuliyyət daşımır.

65. Siz Veb-saytdan qeydiyyatdan keçdiyiniz zaman məlumatları, həmçinin şəxsi məlumatları təqdim etməklə, məlumatın birbaşa təyinatı (Hesabdan istifadə, məlumatlar əldə etmək) üzrə istifadə olunacağı ilə razılaşırsınız. PERKSKIT qəbul edir ki, Müştəriyə məxsus məlumatlar Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla hər hansı üçüncü şəxsə ötürülmür.

66. Bu Qaydalar və buradakı hər hansı hüquq, vəzifə və öhdəliklər PERKSKIT-in əvvəlcədən yazılı razılığı olmadan sizin tərəfinizdən təyin edilə bilməz. Bu Qaydalar və buradakı hər hansı hüquq, vəzifə və öhdəliklər PERKSKIT tərəfindən xəbərdarlıq edilmədən və ya sizin razılığınız olmadan sərbəst şəkildə təyin edilə bilər. Bu Qaydaları yazılı razılıq olmadan təyin etmək səlahiyyətiniz yoxdur.

67. Bu Qaydalardakı vaxtaşırı dəyişdirilmiş hər hansı müddəanın hər hansı səlahiyyətli yurisdiksiya məhkəməsi tərəfindən tamamilə və ya qismən etibarsız və ya icraedilməz olduğu müəyyən edilərsə, belə etibarsızlıq və ya icra edilməzlik yalnız bu müddəaya şamil ediləcək, bu Qaydalardakı digər müddəalar tam qüvvədə qalacaq.