Back to home

MƏXFİLİK SİYASƏTİ

Bu Məxfilik Siyasəti hər hansı bir şəxsin https://perkskit.com veb səhifəsində yerləşən PERKSKIT platformasından (bundan sonra "PERKSKIT" və ya "biz") və hər hansı əlaqəli tətbiqlərdən istifadəyə qərar verməsi halında, şəxsi məlumatlarının toplanması, istifadəsi və açıqlanması ilə əlaqədar siyasətlərimiz haqqında ziyarətçiləri məlumatlandırmaq üçün istifadə olunur.

PERKSKIT Veb-saytından və tətbiqindən istifadə etməklə məxfilik siyasətinin şərtlərini qəbul edir və məlumatlarınızın toplanmasına və istifadəsinə razılıq verirsiniz. Topladığımız fərdi məlumatlar xidmətin təmin edilməsi və təkmilləşdirilməsi üçün istifadə olunur. Bu Məxfilik Siyasətində göstərilən hallar istisna olmaqla, məlumatlarınızı heç kimlə paylaşmayacaq və başqa məqsədlər üçün istifadə etməyəcəyik.

Əgər siz PERKSKIT xidmətlərinin istifadə olunduğu kənar veb-sayta daxil olmusunuzsa, o zaman həmin onlayn resursda təqdim etdiyiniz hər hansı məlumatlar həmin veb-saytın (şirkətin) şəxsi məlumatlar haqqında siyasətinə uyğun şəkildə toplanılır.

I. Məlumatların Toplanması və İstifadəsi

Şəxsi məlumatlar – birbaşa və ya dolayı şəkildə müəyyən olan və ya müəyyənləşdirilən fiziki şəxsə (vətəndaşa) aid hər hansı informasiyadır. Bu cür məlumatlara xüsusilə aşağıdakıları aid etmək olar: ad, soyad və ata adı, doğulma tarixi və yeri, ünvan, ailə vəziyyəti, sosial və əmlak vəziyyəti haqqında məlumatlar, təhsil, peşə, gəlir haqqında məlumatlar, habelə digər informasiya.

Daha yaxşı bir təcrübə üçün, xidmətimizdən istifadə edərkən, mobil telefon nömrəsi, ad, soyad, elektron poçt daxil olmaqla ancaq bunlarla məhdudlaşmayan bəzi şəxsi identifikasiya məlumatlarını təqdim etməyinizi tələb edilə bilər. Tələb etdiyimiz məlumat tərəfimizdən saxlanılır və bu Məxfilik siyasətində göstərildiyi şəkildə istifadə olunur.

PERKSKIT veb-saytı və tətbiqi sizi tanımaq üçün istifadə olunan məlumatları toplaya bilən üçüncü tərəf xidmətlərindən istifadə edir.

PERKSKIT Veb-saytından istifadə çərçivəsində biz aşağıdakı məlumatları toplayırıq:

  • Cookies
  • Əməliyyat Sisteminin versiyası
  • Brauzerin versiyası
  • Cihazın növü
  • Brauzerin cari dil
  • Cari vaxt zonası

Xidmətlərimizdən istifadə edərkən, PERKSKIT veb-saytında və əlaqəli resurslarda bir xəta baş verərsə, telefonunuzda Log Data adı verilən məlumatları (üçüncü tərəf məhsulları vasitəsilə) topladığımızı bildirmək istəyirik. Bu günlük məlumatları, cihazınızın İnternet Protokolu (“IP”) ünvanı, cihaz adı, əməliyyat sistemi versiyası, xidmətlərimizdən faydalanarkən tətbiqin konfiqurasiyası, xidmətdən istifadənizin saatı, tarixi və digər statistikalar kimi məlumatları ehtiva edə bilər.

II. Kukilər (Cookies)

Kukilər adətən anonim unikal identifikatorlar kimi istifadə olunan az miqdarda məlumatları olan fayllardır. Bunlar ziyarət etdiyiniz veb saytlardan brauzerinizə göndərilir və cihazınızın daxili yaddaşında saxlanılır.

Bu kukiləri qəbul və ya rədd etmək və bir kukinin cihazınıza nə zaman göndəriləcəyini bilmək seçiminiz var. Kukilərimizdən imtina etmək qərarına gəlsəniz, bu xidmətin bəzi hissələrindən istifadə edə bilməyəcəksiniz.

III. Kuki (Cookie) İstifadəsi

PERKSKIT İstifadəçilərinə daha yaxşı xidmət edə bilmək məqsədilə və qanuni öhdəliyi çərçivəsində, hazırki Məxfilik/Fərdi Məlumatların Qorunması Siyasəti ilə göstərilən məqsədlər və əhatə xaricində istifadə olunmamaq məqsədi ilə ziyarət məlumatlarınızı toplayacaq, emal edəcək və təhlükəsiz olaraq saxlayacaq. Ziyarət məlumatlarınızı toplamaq məqsədi ilə istifadə etdiyimiz kukilər haqqında məlumat, PERKSKİT veb-səhifəsini və tətbiqini telefonunuza və ya planşetinizə ilk dəfə yüklədiyiniz zaman açılacaq səhifədə yerləşdiriləcəkdir.

Kukilər, PERKSKIT veb-səhifəsini ziyarət etdiyiniz zaman və ya mobil tətbiqi mobil telefonunuza və ya planşetinizə yüklədiyinizdə internet axtarış sisteminiz tərəfindən yüklənən və kompüteriniz, mobil telefonunuz və ya planşetinizdə saxlanılan kiçik məlumat hissəciklərini ehtiva edən mətn sənədləridir.

PERKSKIT kukiləri seçimləriniz haqqında xülasə yaratmaq məqsədi ilə cari sənədləri, boş gif sənədləri və / və ya üçüncü tərəf mənbələri vasitəsilə toplanmış məlumatları saxlayır. PERKSKIT veb-saytın və mobil tətbiqin məzmununu yaxşılaşdırmaq və / və ya seçimlərinizi müəyyən etmək üçün ziyarət məlumatlarınızı və / və ya istifadə tarixçəsini izləyir. PERKSKIT müxtəlif üsullarla və ya fərqli vaxtlarda onlayn və ya offlayn olaraq yığılan məlumatları uyğunlaşdıra bilər və bu məlumatı digər mənbələrdən, məsələn üçüncü tərəflərdən əldə edilən digər məlumatlarla birlikdə istifadə edə bilər.

IV. PERKSKIT kukiləri necə istifadə edir?

PERKSKIT kukiləri etdiyiniz seçimləri xatırlamaq və veb-saytı/ mobil tətbiq istifadənizi şəxsiləşdirmək üçün istifadə olunur. Bu istifadə:

  • Şifrənizi yaddaşda saxlayan və veb-saytı/mobil tətbiq qeydiyyatınızın mütəmadi açıq qalmasını təmin edən, beləcə hər dəfə veb-sayt/mobil tətbiqə daxil olarkən şifrə daxil etmək zəhmətindən azad edən kukiləri və
  • Veb-saytına/mobil tətbiqə daha sonrakı daxil olmalarda sizi xatırlayan və tanıyan kukiləri ehtiva edir.

PERKSKIT platformasına hardan qoşulduğunuz, veb-sayt/mobil tətbiq üzərindən hansı məzmunu açdığınız və ziyarətinizin müddəti kimi veb-sayıtını/mobil tətbiqi necə istifadə etdiyinizin izlənməsi daxil olmaqla; veb-saytı/mobil tətbiqi necə istifadə etdiyinizi müəyyənləşdirmək üçün istifadə edir, Maraq dairələrinizə və Sizə daha uyğun məzmun və reklamları təqdim etmək üçün, digər bir ifadə ilə hədəflənmiş reklam/tanıtım məqsədi ilə istifadə edir. Bu şəkildə, PERKSKIT veb-sayıtını və ya mobil tətbiqini istifadə etdiyinizdə sizə daha uyğun məzmunları və reklamları təqdim edər və daha əvvəldən istəmədiyinizi bildirdiyiniz məzmun və ya fürsətləri bir daha təqdim etməz. PERKSKIT, kukilər yolu ilə əldə olunan məlumatları istifadəçilərimizdən topladığımız şəxsi məlumatlarla uyğunlaşdırır.

V. Xidmət təchizatçıları

Aşağıdakı səbəblərə görə üçüncü tərəf şirkətlərlə və şəxslərlə əməkdaşlıq edə bilərik:

  • Xidmətlərimizi asanlaşdırmaq üçün;
  • Xidməti öz adımıza təmin etmək üçün;
  • Xidmətlə əlaqəli xidmətləri etmək üçün; və ya
  • Xidmətimizin necə istifadə edildiyini analiz etməyimizə kömək olmaq üçün.

Üçüncü tərəflərin Şəxsi Məlumatlarınıza giriş imkanı olduğunu bildirmək istəyirik. Bunun səbəbi, özlərinə verilen vəzifələri bizim adımıza yerine yetirməkdir. Ancaq, məlumatları başqa bir məqsədlə ifşa etməmək və ya istifadə etməmək məcburiyyətindədirlər.

VI. Təhlükəsizlik

Şəxsi məlumatlarınızı bizə etibar etməyinizi yüksək qiymətləndiririk və beləliklə, onları qorumaq üçün kommersiya baxımından məqbul vasitələrdən istifadə etməyə çalışırıq. Ancaq unutmayın ki, internet üzərindən heç bir ötürmə üsulu və ya elektron saxlama üsulu 100% təhlükəsiz və etibarlı deyil və biz onun təhlükəsizliyinə zəmanət verə bilmərik.

VII. Digər Saytlara Keçidlər

Bu xidmət digər saytlara linklər ehtiva edə bilər. Üçüncü tərəf linkinə keçid etsəniz, həmin sayta yönləndiriləcəksiniz. Qeyd edək ki, bu xarici saytlar bizim tərəfimizdən idarə olunmur. Buna görə bu veb saytların Məxfilik Siyasətini nəzərdən keçirməyinizi məsləhət görürük. Üçüncü tərəf saytları və ya xidmətlərinin məzmunu, məxfilik siyasəti və ya tətbiqləri üçün heç bir nəzarət və məsuliyyət daşımırıq.

VIII. Uşaqların Gizliliyi

Bu xidmətlər 18 yaşına çatmamış heç kimə ünvanlanmır. 18 yaşdan kiçik uşaqlardan məlumatları qəsdən toplamırıq. 18 yaşından kiçik bir uşağın bizə şəxsi məlumat verdiyini aşkarladığımız təqdirdə, dərhal serverlərimizdən silirik. Bir valideyn və ya qəyyumunuzsa və uşağınızın bizə şəxsi məlumat verdiyini bildiyiniz təqdirdə lazimi əməliyyatları etməyimiz üçün bizimlə əlaqə saxlamağınızı xahiş edirik.

IX. Bu Məxfilik Siyasətindəki Dəyişikliklər

Biz istənilən vaxt öz Siyasətimizi yeniləmək və ya dəyişdirmək hüququnu özümüzdə saxlayırıq və siz bu Məxfilik Siyasətini vaxtaşırı olaraq yoxlamalısınız. Bu səhifədə Məxfilik Siyasətinə hər hansı dəyişikliklər edildikdən sonra PERKSKIT Xidmətlərindən istifadəni davam etdirməyiniz sizin həmin dəyişiklikləri təsdiqlədiyinizi və dəyişdirilmiş Məxfilik Siyasətinə riayət etməyə və onunla bağlı öhdəlik daşımağa razılaşdığınızı bildirəcək. Hazırkı Məxfilik Siyasətinə hər hansı əhəmiyyətli dəyişikliklər etdiyimiz təqdirdə, bu barədə sizə elektron poçt ünvanına (təqdim etdiyiniz elektron poçt ünvanı) bildiriş göndərməklə və ya veb-saytımızda aydın şəkildə bildiriş yerləşdirməklə məlumat verəcəyik.